“Fənərbağça”nın sədr müavini Erol Biləcik klubun Superkubok matçı üçün U19 komandası ilə Şanlıurfaya gedəcəyini açıqlayıb.
“Dünən yekdilliklə qəbul edilən dörd maddəlik qərarımız var idi. Müəyyən şərtlərlə təfərrüatı danışdıq, öz yol xəritəmizi hazırladıq. “Qalatasaray”la Superkubok matçı üçün bir daha Türkiyə Futbol Federasiyasına məktub göndərdik. Münasib tarixə təxirə salınmasa və əcnəbi hakim təyin olunmasa, U19 yığmamızla oyunu keçirəcəyik. Qoy azarkeşlərimiz bizə inansınlar”, - deyə o bəyan edib.
Qeyd edək ki, aprelin 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.