Türkiyə çempionatında 31-ci turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, lider “Fənərbaxça” öz meydanında “Rizəspor”u qəbul edib. “Beşiktaş” səfərdə “Sivasspor”un, “Qalatasaray” isə “Elazığspor”un qonağı olub.
“Fənərbaxça” ev oyununda “Rizəspor”la qolsuz heç-heçə edib. Amma ən yaxın izləyicisi “Beşiktaş” səfərdə məğlub olduğundan, “Fənər” sona 3 tur qalmış vaxtından əvvəl çempionluğu bayram edib.
“Qalatasaray” isə səfərdə qalib gələrək, ikinci yerə keçib.