Rusiyanın xalq artisti Vladimir Vinokur Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, Araz və Emin Ağalarovlar bu gün səhərə yaxın saatlarda qonağı hava limanında qarşılayıblar.
Qeyd edək ki, V.Vinokur və onun parodiya teatrı aprelin 28-i Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəklər.

Aytən Sadıqzadə
www.oxu.az