Türkiyə Super Liqasında XVIII turu davam edir.
Oxu.Az xəbər verir ki, turun maraqlı oyunlarından biri İstanbulda baş tutub.
İstanbul Olimpiya Stadionunda keçirilən matçda “Fatih Karagümrük” “Fənərbaxça” ilə qarşılaşıb.
Matçda hesabı nominal meydan sahibləri açıb. Peşiç 31-ci dəqiqədə əks-hücumdan sonra fərqlənib.
Bundan 6 dəqiqə sonra qapısında penalti görən “Fatih Karagümrük” üstəlik iki oyunçusunun qırmızı vərəqə alması ilə azlıqda qalıb.
Məsut Özil 11 metrlik cərbə zərbəsini dəqiq yerinə yetirsə də, “Fənərbaxça”nın bundan artığına gücü çatmayıb.
9 nəfərlə qalan rəqibi ilə bacarmayan İstanbul nəhəngi bir xala qane olub.
Matçın önəmli anlarının görüntülərini təqdim edirik: