Türkiyənin “Fənərbaxça” klubunu daşıyan avtobusa silahlı hücum etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında Trabzonun valisi Abdil Celil Öz bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən biri pusquda duraraq digərini telefonla təlimatlandırıb, ikinci şəxs isə silahlı hücumu həyata keçirib.
“Həmin şəxsləri saxlamışıq, əlimizdə olan sübutlar və ilkin ehtimallar cinayəti onların törətdiyini deməyə əsas verir”, - deyə, vali bildirib.
Abdil Celil Öz həmçinin məsələ ilə bağlı araşdırmanın davam etdiyini qeyd edib.