Türkiyənin “Fənərbaxça” klubu basketbol üzrə Avropa liqasının qalibi olub.
Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, İstanbulda baş tutan final matçında Türkiyə klubu Yunanıstanın “Olimpiakos” klubunu məğlub edib – 80:64.
Beləliklə, “Fənərbaxça” tarixində ilk dəfə Avropa Liqasının qalibi olub.
3-cü yer uğrunda mübarizədə Moskvanın MOİK klubu Madrid “Real”ını üstələyib.
A.S.
www.oxu.az