İstanbuldan Moskvaya gələn “Fənərbaxça” futbolçuları və məşqçi heyəti gül-çiçəklə qarşılanıb.
Oxu.Az “sports.ru”ya istinadən xəbər verir ki, bu, “Lokomotiv” heyətinin İstanbulda mehriban qarşılanmasının cavabı idi.
“Fənərbaxça”nın Moskvaya gələn oyunçularının siyahısı:
Volkan Dmerel, Fabiano Ribeyro, Mahmut Taşkıran, Brunu Alveş, Simon Kyayer, Mixal Kadlets, Caner Erkin, Hassan Əli Kaldırım, Gökan Gönül, Şener Özbayraklı, Mehmet Topal, Jozef Souza, Ozan Tufan, Uyqar Zebek, Ramazan Civelek, Volkan Şen, Alper Potuk, Luiş Nani, Fernandan, Robin Van Persi.
Avropa Liqasının 1/16 finalının “Lokomotiv”-“Fənərbaxça” cavab matçı fevralın 25-də “dəmiryolçuların” meydanında baş tutacaq.
Qeyd edək ki, ilk oyun fevralın 16-da istanbulluların 2:0 hesablı qələbəsi ilə başa çatıb.