Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Fənərbaxça”nın sabiq futbolçusu “Neftçi”də - FOTO
“Neftçi” PFK transfer çalışmalarını davam etdirir.
Oxu.Az xəbər verir ki, gənc futbolçu Turan Vəlizadə ilə üç illik müqavilə bağlanıb.
18 yaşlı mərkəz yarımmüdafiəçisi yeni komandasının heyətində 33 nömrəli formanı geyinəcək.
“Əlincə”nin yetirməsi olan Turan Vəlizadə “Qarabağ”ın və Türkiyənin “Fənərbaxça” klubunun aşağı yaş qrupunda, eləcə də, 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdür.
Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə üç, seneqallı mərkəz müdafiəçisi Mamadu Mboc ilə isə 2,5 illik müqavilə bağlanmışdı.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqası: "Neftçi" "Zirə"yə qalib gəldi
- Azərbaycan Premyer Liqası: "Neftçi" komandası "Zirə" ilə görüşə daha bir itki ilə çıxacaq
- Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Azərbaycanlı məşqçi Hindistan klubundan gələn təklifi geri çevirib
Ən çox oxunanlar