Taekvondo yarışlarında 67 kq çəkidə Fəridə Əzizova final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, qızıl medal uğrunda döyüşdə həmyerlimiz rusiyalı Anastasiya Barişnikova ilə mübarizə aparıb.
Görüş Fəridənin minimal hesablı məğlubiyyəti ilə başa çatıb – 5:6. Əzizova gümüş medalla kifayətlənib.
17:41
80 kq çəki kateqoriyasında mübarizə aparan taekvondoçumuz Milad Beiqi Harçeqani yarımfinal mərhələsində də qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Harçeqani portuqal Julio Ferreyraya qarşı keçirdiyi döyüşü 6:2 hesabı ilə öz xeyrinə başa çatdırıb və finala yüksəlib.
67 kq çəki kateqoriyasında çıxış edən digər taekvondoçumuz Fəridə Əzizova isə yarımfinalda isveçli Elin Yohanssona qalib gəlib.
Rəqibini 4:2 hesabı ilə məğlub edən Fəridə finala yüksəlib.
16:24
Kişilər arasında 80 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beiqi 1/4 finalda Böyük britaniyalı Muhammed Lutalonu məğlub edib - 17:5.
Oxu.Az xəbər verir ki, yarımfinala yüksələn idmançımız burada portuqal Julio Ferreyra ilə qarşılaşacaq.
Qadınlar arasında 67 kq çəki kateqoriyasında çıxış edən Fəridə Əzizova isə 1/4 finalda türkiyəli Nur Tatarı 6:2 hesabı ilə məğlub edib. O, yarımfinalda isveçli Elin Yohanssonla görüşəcək.
10:59
80 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz Milad Beiqi Harçeqani 1/8 finalda serbiyalı Damir Feyziçlə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, idmançımız rəqibinə heç bir şans verməyib – 12:0.
O, 1/4 finalda britaniyalı Məhəmməd Lutalo ilə qarşılaşacaq.
67 kq çəki kateqoriyasında çıxış edən dünya çempionumuz Fəridə Əzizova isə hollandiyalı Yoyse Van Baarinlə qarşılaşıb.
İdmançımız rəqibini 2:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.
Burada o, türkiyəli Nur Tatarla qarşılaşacaq.
09:45
Avropa Oyunlarının 7-ci günü Bakı Kristal Zalında qadınlar və kişilər arasında taekvondo yarışları davam edir.
Oxu.Az xəbər verir ki, qadınlar arasında yarışlarda Azərbaycan təmsilçisi Fəridə Əzizova 10:30-da Hollandiya idmançısı Coys Van Baaren ilə yarışacaq.
Kişilər arasında yarışlarda təmsilçimiz Milad Beygi Harçeqani serbiyalı Damir Feyziclə 10:45-də qarşılaşacaq.
E.Ə.
www.oxu.az