Azərbaycan Tokio Olimpiadasına 18-ci lisenziyasını rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, buna taekvondoçumuz Fəridə Əzizova nail olub.
O, bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Olimpiya Təsnifat turnirində Rumıniya, Çexiya və Ukraynadan olan rəqiblərini məğlub edərək finala çıxıb. Bu nəticə ona Olimpiadaya lisenziya qazandırıb.
Qeyd edək ki, bu, taekvondoda Azərbaycanın ikinci lisenziyasıdır. Daha əvvəl 2019-cu ildə kişi taekvondoçu Milad Beiqi lisenziya qazanıb.
Səbuhi Musayev