Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fernando Musleranın "Qalatasaray"dakı gələcəyi bəlli oldu
Uruqvaylı ulduz qolkiper Fernando Muslera Türkiyə nəhəngi "Qalatasaray"da sonuncu oyununa çıxacaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Fernando Muslera klub rəsmiləri ilə görüşərək ölkəsinə dönmək istədiyi üçün yeni müqavilə imzalamayacağını bildirib.
2011-ci ildən "Qalatasaray"ın şərəfini qoruyan Muslera mövsümün sonuncu oyunda meydana çıxdıqdan sonra azarkeşlərlə vidalaşacaq.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən bu yana səkkiz dəfə Türkiyə Superliqasının, altı dəfə Türkiyə Superkubokunun, beş dəfə isə Türkiyə Kubokunun sahibi olub.
"Fernando Muslera" teqi üzrə xəbərlər
Ən çox oxunanlar