Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Səudiyyə kralından Azərbaycan Prezidentinə təbrik məktubu
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik.
Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İraq dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
- İlham Əliyevin islamofobiyaya qarşı müraciəti BMT sənədi kimi yayılıb
- Bir sıra dövlət qulluqçuları fəxri ad, orden və medallarla təltif olundular
- Prezident İlham Əliyevdən Qax rayon icra başçısı ilə bağlı SƏRƏNCAM
- İlham Əliyev UFC-nin prezidentini qəbul edib
Ən çox oxunanlar