Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fernandu Santuş: "Belarus millisi ilə görüşdə yeniliklər etməyə çalışacağıq"
"Heyətdə mütləq dəyişikliklər olacaq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis sabahkı matçda dəyişikliklər olacağını istisna etməyib:
"Səbuhi də sabah oynaya biləcək futbolçular arasındadır. Əlbəttə, heyətdə dəyişikliklər olacaq. Bəzi futbolçulara istirahət verəcəyik. Müdafiədə daha inamlı çıxış etməliyik. Qol da vurmaq vacibdir. Çalışacağıq sabah topa daha çox sahib biz olaq. Heyətdə oruc tutan futbolçular var və mən onların hər birinə hörmətlə yanaşıram. Oyunçular oruc tutduqları üçün bu bizim məşqlərimizdə çətinliklər yaratsa da, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Belarusla görüşdə yeniliklər edərək qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, martın 25-də Masazırda "Bank Respublika Arena"da baş tutacaq Azərbaycan - Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.
Anar Həsənov