Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan millisinin baş məşqçisi: "Komanda meydana qələbə üçün çıxmamışdı"
"İlk hissədə daha yaxşı oyun nümayiş etdirsək də, ikinci qoldan sonra futbolçular ruhdan düşdülər".
Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
"Oyunun ilk hissəsinə daha yaxşı başlamışdıq. Meydana buraxılan futbolçuların hər biri təcrübəlidir. Təlim-məşq toplanışının ilk günündən özlərinin yaxşı tərəflərini göstərirdilər. Sadəcə, buraxılan ikinci qoldan sonra futbolçular ruhdan düşdülər. Oyunçu əvəzetmələri fayda versə də, qol vurmaq əvəzinə, buraxdıq. Düşünürəm ki, millimiz meydana qələbə üçün çıxmamışdı. Belə hesabla məğlub olacağımızı bilsəydim, start heyətini başqa cür qurardım. Elvin Cəfərquliyevi isə qırmızı vərəqə aldığı üçün öldürə bilmərik".
Anar Həsənov
"Elvin Cəfərquliyev" teqi üzrə xəbərlər
- Elvin Cəfərquliyev milli komandamızdan kənarlaşdırıldı - SƏBƏB
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq
- Elvin Cəfərquliyev davadan danışdı: "Üzümə zərbə endirdi"
- "Ferentsvaroş"un "Qarabağ"ın futbolçusu üçün göndərdiyi təklif məlum olub