Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Trampın xüsusi nümayəndəsi: "İranla dialoq üçün mümkün qapılar açılıb"
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib ki, İran vasitəçilərlə Donald Trampın məktubuna cavab verib və mümkün danışıqlara yol açıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
D.Trampın danışıqlar təklifi ilə İranın Ali Rəhbəri Əli Xameneiyə məktub göndərməsinə toxunan S.Uitkoff bildirib:
"Təsdiq edə bilərəm ki, İran məktuba cavab verib, ancaq mənə təfərrüatları və ya istifadə olunan kanalları açıqlamağa icazə verilmir, çünki bunlar həssas və davam edən məsələlərdir. Ancaq cavab alınıb və dialoq üçün mümkün qapılar açılıb".
"Donald Tramp" teqi üzrə xəbərlər
Ən çox oxunanlar