Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Haiti millisinin baş məşqçisi: "Komandamız bu gün tarix yazdı"
"Komandamız bu gün ardıcıl doqquzuncu qələbəsini qazanaraq tarix yazdı".
Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Haiti milli komandasının baş məşqçisi Sebastian Minye Azərbaycan yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:
"Futbolçularımın çıxışından razı qaldım. Bu, yığmamızın ardıcıl 9-cu qələbəsidir. Rəqib komanda da pis təsir bağışlamadı. Azərbaycan seçməsinə qarşıdakı görüşlərdə uğurlar arzu edirəm".
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan Azərbaycan - Haiti görüşü qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Anar Həsənov