"Əlimdə olsa, ən qısa zamanda nəticə əldə etmək istəyərəm, amma acı reallıqdır ki, Azərbaycan millisinin vəziyyəti elə də yaxşı deyil".
Bu sözləri Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Oxu.Az-ın suallarını cavablandırarkən deyib.
"Çox istəyərdim ki, ən qısa müddətdə nəticəmiz olsun. Amma acı reallıqdır ki, Azərbaycan millisinin vəziyyəti elə də yaxşı deyil. Mən istəyərdim ki, ən qısa zamanda nəticə verək, amma bu, asan olmayacaq. Bəli, 2028-ci ili nəzərdə tuturam, çünki milli komandaya yeni təyin olunmuşam və görüləcək işlər çoxdur".