FİFA 2014-cü ilin simvolik 11-liyini müəyyənləşdirmək üçün 20 ən yaxşı müdafiəçi arasında seçim edəcək.
Oxu.Az xəbər verir ki, 20 nəfərlik siyahıdan 4 nəfər müdafiəçi adı seçilərək ilin simvolik 11-liyinə daxil ediləcək.
Oxu.Az siyahıda yer alan futbolçuları təqdim edir:
David Alaba (Macaristan / FC Bayern München)

Jordi Alba (İspaniya / FC Barcelona)
Dani Alves (Braziliya / FC Barcelona)

Jerome Boateng (Alamaniya / FC Bayern München)

Daniel Carvaxal (İspaniya / Real Madrid CF)

David Luiz (Braziliya / Paris St-Germain FC)

Filipe Luis (Braziliya / Chelsea FC)

Diego Qodin (Uruquvay / Atlético Madrid)

Mats Hummels (Almaniya / Borussia Dortmund)

Branislav Ivanovic (Serbiya / Chelsea FC)

Vincent Kompani (Belçika / Manchester City FC)

Filipp Lam (Almaniya / FC Bayern München)

Marcelo (Braziliya / Real Madrid CF)

Xavier Maskerano (Arqentina / FC Barcelona)

Pepe (Portuqaliya / Real Madrid CF)

Xerard Pike (İspaniya / FC Barcelona)

Sergio Ramos (İspaniya / Real Madrid CF)

Tiaqo Silva (Braziliya / Paris St-Germain FC)

Rafael Varan (Fransa / Real Madrid CF)

Pablo Zabaleta (Arqentina / Manchester City FC)

Qeyd edək ki, daha öncə ilin ən yaxşı qapıçısına namizəd olan beşliyin adı açıqlanmışdı. Bundan başqa noyabrın 28-də 15 namizəd-yarımmüdafiəçinin, dekabrın 1-də isə 15 hücumçunun adı açıqlanacaq.
Ümumilikdə simvolik yığmaya, qapıçı, 4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 forvard daxil olacaq. 2014-cü ilin ən yaxşı oyunçularından ibarət simvolik yığma “Qızıl top 2014” mükafatının 2015-ci ilin yanvar ayının 15-də keçiriləcək təqdimat mərasimində açıqlanacaq.
Elvin Əhmədov