Fransanın PSJ futbol klubunun baş məşqçisi Luis Enrike FIFA tərəfindən 2025-ci ilin məşqçisi seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə futbol qurumundan məlumat verilib.
Məlumata görə, ispaniyalı ilə yanaşı, mükafata digər namizədlər arasında Hans-Diter Flik ("Barselona"), Entso Mareska ("Çelsi"), Mikel Arteta ("Arsenal"), Arne Slot ("Liverpul"), Roberto Martines (Portuqaliya millisi) və Xavyer Agirre (Meksika millisi) də olublar.