FİFA dünya futbolunda bu günədək qeydə alınmış ən önəmli 11 hakim səhvini açıqlayıb.
Oxu.Az Fanat.az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov siyahının birincisi olub.
30 iyun 1966-cı ildə keçirilən dünya çempionatının İngiltərə - Almaniya finalının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 101-ci dəqiqədə ingilis Hurstun zərbəsi dirəyin içində yerə dəyir və meydana dönür. Matçın baş hakimi Qottfried Dienst köməkçisi, azərbaycanlı Tofiq Bəhramovla müzakirədən sonra qolu qeydə alıb və İngiltərə 3:2 hesabı ilə önə keçib.
Xəbərdə qeyd olunur ki, Dienst və Bəhramov ortaq bir dil bilmədikləri üçün işarələrlə anlaşıblar.
Həmin ana təqdim olunan videonun 3-cü dəqiqəsindən etibarən baxmaq olar.