Müğənni Kərim Abbasovun avtomobilini vurdular.
Oxu.Az xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə məlumat paylaşıb:
“Dünən Aygün Kazımovanın doğum günü burnumdan gəldi. Yenə maşınımı vurdular”.
Bu mövzu ilə əlaqədar Kərim bəylə əlaqə saxladıq. Müğənni bunları söylədi:
“Dünən Aygün Kazımovanın ad günündən ayrılıb bir neçə nəfərlə başqa bir dostumun ad gününə getdik. Avtomobili park etmişdim. Səhərə yaxın düşüb gördüm ki, avtomobilim əzilib. Yoldan keçən böyük yük maşınları avtomobilimi yararsız vəziyyətə salıb. Bununla bağlı polisə də müraciət etmişəm. Əzilən avtomobilimin təxminən 3000 manata yaxın xərci var”.
Aytən Sadıqzadə
www.oxu.az