Futbol üzrə 2026-cı ildə keçirilən dünya çempionatında (DÇ-2026) Niderland milli komandası ədalətli oyuna görə "FIFA Fair Play Award" mükafatını qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Niderland millisi nüfuzlu turnirin 1/16 final mərhələsinə qədər irəliləsə də, Mərakeş komandasına uduzaraq mübarizəni dayandırıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında mərakeşlilər üstün olublar - 3:2.
Buna baxmayaraq, Niderland futbolçuları intizamlı oyun nümayiş etdiriblər: keçirdikləri dörd görüşdə komanda cəmi üç sarı vərəqə ilə yadda qalıb və heç bir futbolçusu meydandan qovulmayıb.