Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Ermənistan Futbol Federasiyasını cərimələyib. Buna səbəb Ermənistan-Portuqaliya matçında yol verilən qayda pozuntuları olub.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, bu barədə FIFA İntizam Komitəsindən məlumat verilib.
Məlumata görə, sanksiyalar təhlükəsizlik nizamına və qaydalarına əməl edilməməsi, komandanın qeyri-münasib davranışı, tamaşaçıların meydançaya müdaxiləsi və ya müdaxilə cəhdi, eləcə də pirotexniki vasitələrdən istifadəyə görə tətbiq edilib.
Cərimənin məbləği 12 000 İsveçrə frankı (təxminən 15 000 dollar) təşkil edib.
Xatırladaq ki, sentyabrın 6-da dünya çempionatının seçmə mərhələsinin açılış oyununda Ermənistan millisi İrəvanda Portuqaliyaya 5:0 hesabı ilə uduzub.