FIFA-nın Mətbuat Xidməti sosial şəbəkələrdə qarşıdan gələn dünya çempionatına həsr olunmuş yenilənmiş poster dərc edib.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu posterdə Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldu da yer alıb.
FIFA bundan əvvəlki posterdə Portuqaliya millisini təmsil edən yarımmüdafiəçi Brunu Fernandeşin yer aldığı poster yerləşdirmişdi. Həmin posterdə Ronaldunun təsviri olmaması azarkeşlərin güclü tənqidinə səbəb olmuşdu. Yekunda FIFA posteri yeniləyib.
Qeyd edək ki, 2026-cı ildə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
