FIFA klublararası dünya çempionatında iştirak edən klubların qazancı müəyyənləşib.
Oxu.Az "The Athletic"ə istinadən xəbər verir ki, çempion olan "Çelsi" turnirdə ümumilikdə 114.6 milyon dollar gəlir əldə edib.
Bunun 29 milyon dolları turnirdə iştiraka görə, 86.5 milyon dolları isə əlavə mükafat olub.
İlk "üçlük"də Fransanın PSJ (106.9 milyon dollar), həmçinin İspaniyanın "Real Madrid" (82.5 milyon dollar) klubları yer alıb.
Ən az qazanan klub isə Yeni Zelandiya təmsilçisi "Oklend" olub - 4.6 milyon dollar.
Qeyd edək ki, "Çelsi" finalda PSJ-ni 3:0 hesabı ilə üstələyib. Entso Mareskanın rəhbərlik etdiyi kollektiv yeni formatda keçirilən dünya çempionatını qazanan ilk komanda olub.