Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

FIFA-nın mundialdan götürəcəyi gəlir açıqlandı
FIFA-nın Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatından nə qədər gəlir götürəcəyi açıqlanıb.
Oxu.Az xəbər verir ki, ali futbol qurumu mundialdan 6,1 milyard dollar qazanc əldə etməyi planlaşdırır.
3 milyard dollar təkcə televiziya haqlarının satışından gələcək. Bununla yanaşı, FIFA sponsor anlaşmaları sayəsində kassasına 1,65 milyard dollar daha əlavə edəcək.
Qeyd edək ki, FIFA DÇ-2014-dən 4,8 milyard dollar, CAR-dakı mundialdan (2010) 3,9 milyard dollar, Almaniyada keçirilən 2006-cı il dünya çempionatından isə 1,9 milyard dollar gəlir götürmüşdü.
S.T.
www.oxu.az
"Almaniya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar