FIFA prezidenti Canni İnfantino Yeni il bayramını ailəsi ilə birgə BƏƏ-nin Dubay şəhərində keçirib.
Oxu.Az xəbər verir ki, italyan əsilli isveçrəli funksioner məşhur türk aşpaz Nüsrətin Dubayda açdığı restoranın qonağı olub.
Hətta 50 yaşlı mütəxəssis bu gün aşpaz sənətinə nə qədər maraqlı olduğunu göstərərək mətbəxdə işləməyə hazır olduğunu nümayiş etdirib.
Qeyd edək ki, ABŞ-dan sonra restoran biznesini Dubay şəhərində də quran Nüsrətin son vaxtlar futbol aləmindən qonaqları çoxdur. Belə ki, Madrid “Real”ının fransalı futbolçusu Kərim Benzema, İtaliya millisinin baş məşqçisi Roberto Mançini, yenicə Çinin “Beytszin Qoan” klubuna baş məşqçi təyin olunmuş xorvatiyalı Slaven Biliç, “Barselona”, Milan “İnter”i və “Çelsi”nin sabiq kamerunlu hücumçusu Samuel Eto qonağı olub.
Səbuhi Musayev