17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edən FIFA referisi Elçin Məsiyev daha bir oyuna təyinat alıb.
Oxu.Az xəbər verir ki, o, 1/4 final mərhələsinin matçını idarə edəcək.
E.Məsiyev mayın 27-də keçiriləcək Polşa - Serbiya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar kömək edəcəklər. Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi Macarıstanda keçirilir.