FİFA referisi Əliyar Ağayevin Topaz Premyer Liqasının XXX turuna təyinat almamağının səbəbi bilinib.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, gənc hakim burnundan əməliyyat olunub.
3 gün öncə əməliyyat edilən Ağayev minimum 10 gün meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Ağayev mayın 9-dan 21-dək Maltada 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsini idarə edəcək 6 hakimdən biridir.