FİFA Rusiyanın futbol ittifaqını cəzalandırıb.
Oxu.Az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, buna səbəb Rusiya-Fransa arasında keçirilən yoldaşlıq matçında fanatların irqçi şüarlar səsləndirməsidir.
Qərara əsasən Rusiyanın futbol ittifaqı 30 min İsveçrə frankı məbləğində cərimələnib.
Xatırladaq ki, martın 27-də Sankt-Peterburqda keçirilən yoldaşlıq matçında Rusiya milli komandası 1:3 hesabı ilə məğlub olub.
F.M.
www.oxu.az