“Çimərlik futbolumuz çox inkişaf edib. Bu günlərdə Avropa Oyunlarında komandamız beşinci yeri tutdu. Onlar yalnız ən güclü dörd yığmadan geri qaldılar. Bu, böyük nailiyyətdir”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Fikrət Hüseynov Bakıda təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsi çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
O, fikirlərini belə davam etdirib:
“Ölkəmizdə çimərlik futbolu üzrə dünya kubokunun seçmə mərhələsi oyunları keçirilir. Bir neçə gün ərzində böyük bir bayram olacaq. Dörd komanda dünya çempionatına vəsiqə qazanacaq. İdman şəraitində qızğın mübarizə gedir. Azərbaycan yığmasının dünya çempionatına vəsiqə qazanacağına inanıram. Bütün komandalara uğurlar arzulayıram”.
Faiq Tahirov