Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının finalında meydançaya azarkeşlər daxil olub.
Oxu.Az xəbər verir ki, Fransa – Xorvatiya oyununun 53-cü dəqiqəsində Rusiyanın siyasi hakimiyyətinə qarşı olan məşhur Pussy Riot qrupu meydana girib.
Hətta qrupun qız üzvlərindən biri Fransa millisinin üzvü Kilian Mbapeyə yaxınlaşaraq onunla salamlaşıb. Mbape onun salamını alıb.
Lakin hesabda geridə olan xorvatlar bunu sərt qarşılayıb. Xorvatiyanın mərkəz müdafiəçisi Deyan Lovren onlardan birinin tutulmasında stüardlara köməklik edib. Digər xorvat futbolçu Marselo Brozoviç isə aksiya iştirakçılarından birinin yerə düşmüş papağını qəzəblə kənara atıb.
Finalda meydana çıxmış məşhur qrup üzvləri polis sorğusunda - VİDEO
Qeyd edək ki, Pussy Riot musiqi qrupu 2011-ci ildən fəaliyyət göstərir və müxtəlif ölkələrdə Rusiya hakimiyyəti əleyhinə konsertlər verməklə məşhurdur.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər