Çin əsilli sinqapurlu fiqurlu konkisürən Yuy Şujan illərlə məşqçisinin fiziki zorakılığına məruz qalmasından danışıb.
Lenta.ru-nun məlumatına görə, bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.
19 yaşlı idmançı qız məşqdə səhvlərə görə mütəmadi olaraq konki örtüyü ilə döyüldüyünü etiraf edib. Şujan 11 yaşından etibarən zorakılığa məruz qalıb.
“Doqquz yaşım olanda məndən Olimpiadada iştirak etmək üçün hər şeyə hazır olub-olmadığımı soruşdular. Onda “bəli” dedim. Kaş nəyə razılıq verdiyimi biləydim...”, - deyə Şujan yazır.
Şujan Çində məşq edib. O, Sinqapuru beynəlxalq yarışlarda təmsil edən ilk fiqurlu konkisürən olub, 2017/2018-ci illərdə Cənub-Şərqi Asiya Oyunlarında tək ifada qızıl qazanıb. Dünya çempionatında və dörd qitə çempionatında da iştirak edib.
View this post on Instagram"Çin" teqi üzrə xəbərlər
- Rekord sayda yüksəkvəzifəli məmur Çin Kommunist Partiyasından kənarlaşdırıldı
- Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto
- "Real Madrid" Mbappenin açıqlamalarına görə Çin xalqından üzr istədi
- Çin sosial şəbəkələrində yeni fırıldaq növü
- Çinli sahibkar su üzərində motosikletlə hərəkət edərək dünya rekordu qırdı - Video
Digər xəbərlər