15 yaşlı rusiyalı Anna Şerbakoba böyüklər arasında ilk rəsmi yarışmasının qalibi oldu.
“Life” xəbər verir ki, rusiyalı idmançı fiqurlu konkisürmə üzrə Amerika Qran-Prisində hamını heyran edib.
Eteri Tutberidzenin yetirməsi qadın fiqurlu konkisürməsində ilk dəfə olaraq 2 dəfə dördlü luts tullanması edib.
Bundan əlavə Şerbakova çıxışı zamanı əynindəki paltarı dəyışıb və bununla tamaşaçıları təəccübləndirib.
Qısa proqramda səhv etməsinə baxmayaraq, sərbəst proqramda göstərdiyi məharət onu yarışların qalibi edib.