Çilinin paytaxtı Santyaqoda metro qiymətlərinin qalxmasına qarşı etiraz aksiyaları davam edir.
“RİA Novosti” xəbər verir ki, iğtişaşlar zamanı 10 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.
Metroda gediş qiyməti cəmi 30 peso (təxminən 10 qəpik) artırılmasına baxmayaraq Santyaqo sakinləri kütləvi etiraz aksiyaları keçiriblər.
Посмотреть эту публикацию в Instagram3 gün davam edən qarşıdurma zamanı barrikadalar quraşdırılıb, avtobuslar və ticarət mərkəzləri yandırılıb, metro stansiyalarına külli miqdarda ziyan vurulub.
Bununla bağlı paytaxt metrosu fəaliyyətini dayandırıb. Metropolitenə ümumilikdə 220 milyon dollar ziyan vurulub: 77 stansiya dağıdılıb, onlardan 20-si yandırılıb.
Santyaqoda komendant saatı elan edilib, şəhərə ordu birləşmələri yeridilib.
Посмотреть эту публикацию в Instagram"Çili" teqi üzrə xəbərlər
- Patrisio Qusman vəfat etdi
- Çilidə qocalar evində yanğın baş verib: 16 nəfər həlak olub - FOTO - VİDEO
- Çili İrandakı səfirliyinin fəaliyyətini dayandırır - FOTO
- Ölüm halları artır: Çili hantavirusla bağlı fövqəladə addım atdı
- Çilidə fırtına və şiddətli yağışlar səbəbindən ölənlərin sayı 13-ə çatdı - VİDEO
Digər xəbərlər