Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fiziyevin Bakıda keçiriləcək UFC turnirindəki rəqibi müəyyənləşdi
İyunun 21-də Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship) turnirində Rafael Fiziyev İqnasio Bahamondes ilə qarşlışacaq.
Oxu.Az xəbər verir ki, təşkilatın Mətbuat Xidməti görüşün keçirilməsini təsdiqləyib.
Bildirilir ki, R.Fiziyev 70 kiloqramadək çəki dərəcəsində növbəti görüşünü çilili idmançıya qarşı keçirəcək.
Qeyd edək ki, Bakıda keçiriləcək turnirdə döyüşçülərimiz Tahir Abdullayev, Məhəmmədəli Osmanlı, Asəf Çopurovun da iştirak edəcəkləri gözlənilir.
"Rafael Fiziyev" teqi üzrə xəbərlər
- UFC Bakıda keçiriləcək doqquzuncu döyüşü də rəsmən açıqladı
- Rafael Fiziyev: "Doğma azarkeşlər önündə döyüşəcəyim üçün şadam"
- Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək döyüşçülərimizin siyahısı bəlli olub
- Rafael Fiziyev: "Ən qısa zamanda toparlanıb geri qayıdacağam"
- Azərbaycanlı döyüşçü Rafael Fiziyev fərqli çəki dərəcəsində mübarizə aparmaq istəyir
Ən çox oxunanlar