Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Florentino Perez Serxio Ramosun "Real Madrid"ə dönməsinə icazə verməyib
"Real Madrid" rəhbərliyi Eder Militaonun ciddi zədəsi səbəbindən 38 yaşlı keçmiş mərkəz müdafiəçisi Serxio Ramosun geri qaytarılması ideyasına qarşı çıxıb.
Oxu.Az "Championat"a istinadən xəbər verir ki, Ramos keçmiş klubuna öz xidmətlərini təklif edərək "Real Madrid"ə qayıtmağa hazır olduğunu bildirib.
Lakin "Real Madrid"in prezidenti Florentino Peres və klub direktoru Xose Anxel Sançes "Real Madrid" əfsanəsinin bu təklifini rədd ediblər.
Qeyd edək ki, Serxio Ramos 2005-2021-ci illərdə "Real Madrid"də çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 671 matçda iştirak edib, 101 qol vurub və 40 məhsuldar ötürmə edib. İspaniyalı futbolçu 2024-cü ilin yayından etibarən "Sevilya" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır.
"Serxio Ramos" teqi üzrə xəbərlər
- Kriştianu Ronaldu Lionel Messini qabaqladı - Argentinalı ilk üçlükdən kənarda qaldı
- Kriştianu Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırıb
- Ən yaxşı milli komanda futbolçusu açıqlandı: Bu nə Messi, nə də Ronaldudur
- Serxio Ramos yeni klubunda rekorda imza atdı
- "Real Madrid" tarixinin ən yaxşı futbolçusu bəlli oldu