“Mercedes” komandasının pilotu Valtteri Bottas Avstriya Qran-Prisində finiş xəttinə ilk çataraq Formula-1-in qalibi olub.
Oxu.Az xəbər verir ki, yarışmanın ikincisi Almaniyanın “Ferrari” komandasının pilotu Sebastyan Fettel, üçüncüsü isə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo olub.
Qeyd edək ki, yarışın startında Kvyat Alonsonu, o da Ferstappeni vurub, ispan və holland sürücülər yarışı yarımçıq saxlayıblar. Formula-1-in növbəti mərhələsi 14-16 iyul tarixlərində İngiltərədə keçiriləcək.
Xatırladaq ki, “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub. Rikkardo ardıcıl beşinci yarışı podiumda başa vurub.
Elvin Əhmədov
www.oxu.az