Marçin Budkovski "Renault" komandasına icraçı direktor təyin olunub.
Oxu.Az F-1.az-a istinadən xəbər verir ki, bir az öncə isə "Renault" komandası rəsmən təsdiq edib ki, polşalı mütəxəssis komandada icraçı direktor vəzifəsini icra edəcək və şassinin hazırlanmasından istehsalına qədər bütün proseslərə nəzarət edəcək.
Xatırladaq ki, 10 gün əvvəl FİA-nın texniki nümayəndəsi Marçin Budkovskinin istefaya göndərilərək, məcburi üç aylıq məzuniyyətdə olması barədə məlumat yayılmışdı. Bir neçə gündən sonra isə Marçinin "Renault"a keçməsi barədə şayiələr yayılmağa başlamışdı. Bu keçid rəqib komandalar tərəfindən ciddi tənqid atəşinə tutulmuşdu, çünki Budkovski komandaların bütün sirlərinə bələddir.
E.Ə.
www.oxu.az