Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Formula-1"də yeni komanda: Təqdimat videosu yayıldı
"Cadillac"ın "Formula-1" komandası sosial şəbəkələrdə özünün təqdimat videosunu yayımlayıb.
Oxu.Az xəbər verir ki, komanda 2026-cı il mövsümündə yarışlarda debüt edəcək.
"Cadillac" çempionatda iştirak edən 11-ci komanda olacaq.
Əvvəlcə əfsanəvi pilot Mario Andretti tərəfindən qurulan "Andretti" komandası çempionata qoşulmaq üçün müraciət edib və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təsdiqlənib, lakin "Formula-1" rəhbərliyi bu müraciəti rədd edib.
Daha sonra Andretti "General Motors" ilə əməkdaşlığı genişləndirərək "Cadillac" komandasının yaranmasına səbəb olub.
Hal-hazırda amerikalı kollektiv heç bir pilotunun adını açıqlamayıb. Son dövrlərdə mediada meksikalı pilot Serxio Peresin komandanın üzvü ola biləcəyi barədə şayiələr yayılır.