Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Formula-1"ə yeni komanda qoşulur
"Formula-1" rəhbərliyi 2026-cı il çempionatında iştirak etmək üçün "General Motors" və onun "Cadillac" brendi ilə prinsipial razılığa gəldiyini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Liberty Media" məlumat yayıb.
"Formula-1"dən verilən açıqlamada bildirilir ki, "GM/Cadillac" kimi nəhəng ABŞ brendini çempionata gətirmək və GM-in gələcəkdə güc qurğusu istehsalçısı kimi çıxış etməsi idmana əlavə dəyər və maraq qata bilər.
"General Motors" rəhbərliyini və onların tərəfdaşlarını "Formula-1"də iştiraka hazırlıqda əhəmiyyətli irəliləyiş əldə etdiklərinə görə alqışlayırıq. Biz 2026-cı ildə "Team Cadillac" üçün təklif prosesini davam etdirə bildiyimizdən məmnunuq", - deyə F1-dən vurğulanıb.
"Avto-moto" teqi üzrə xəbərlər
- Qapını çırpmaq təkcə nəzakətsizlik deyil, həm də baha başa gəlir: Maşında hansı nasazlıq ola bilər?
- İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR
- "Mercedes" yeni bolidini təqdim etdi
- Soyuq və şaxtalı hava şəraitində sürücülərin nəzərə almalı olduğu ƏSAS MƏQAMLAR
- "Lada" avtomobillərinin təhlükəsizlik yastıqlarında ciddi defekt aşkarlandı