Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Formula-1"in dörd komandası logistika problemi ilə üzləşib
Avstraliyalı fotoqraf və insayder Kim İlman dörd "Formula-1" komandasının - "Red Bull", "Mercedes", "McLaren" və "Uilliams"ın logistikada ləngimə yaşadığını bildirib.
Oxu.Az xəbər verir ki, Melburnda təyyarələrdə yaranan texniki problemlərə görə bir sıra komandalar Şanxay Qran-prisinə göndəriləcək yüklərdə çətinlik yaşayıblar.
Yüklərin göndərilməsi adətən bazar ertəsi axşam baş verir, lakin hazırda komandalar bunu gerçəkləşdirə bilməyiblər. Problemlə qarşılaşan komandalar arasında "Red Bull", "Mercedes", "McLaren" və "Uilliams" var.
Bu hadisənin cümə günü səhər ilk və yeganə məşq üçün trassa çıxan avtomobillərə təsir edib-etməyəcəyi bəlli deyil", - deyə İlman sosial media səhifəsində yazıb.
Xatırladaq ki, Çin Qran-prisi martın 21-dən 23-dək keçiriləcək.
"Red Bull" teqi üzrə xəbərlər
- "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
- Yuki Tsunoda mövsümün sonunadək "Red Bull" komandasında qalacaq
- "Formula-1" üzrə Yaponiya Qran-prisi: Sıralanma turunun qalibi bəlli oldu
- Yurgen Klopp yenidən məşqçiliyə qayıda bilər
- Yurgen Klopp "Liverpul"a qayıdacağı vaxtı açıqlayıb