"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri Braziliya Qran-prisinin sprint yarışında divara çırpılaraq yarışı tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.
Pilot cədvəldə ikinci yerini qoruyub və yalnız komanda yoldaşı britaniyalı Lando Norrisdən geri qalır.
Xatırladaq ki, Braziliyanın San-Paulu şəhərində "Formula-1" çempionatının 21-ci mərhələsinin iştirakçıları yarışırlar.