Formula-1 üzrə Sinqapur Qran-Prisinin qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Mercedes” pilotu Luis Hemilton birinci olub.
Yarışda ikinci yeri “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo, üçüncü yeri isə “Mercedes” pilotu Valtteri Bottas tutub.
Qeyd edək ki, yarış zamanı “Ferrari” komandasının pilotları “Red Bull Racing”in pilotu Maks Ferstappenlə toqquşublar. Qəza nəticəsində onlar yarışda iştirakı davam etdirə bilməyiblər.
E.Ə.
www.oxu.az