Formula 1 üzrə Azərbaycan Qran Prisində sıralama turuna start verilib.
Oxu.Az xəbər verir ki, komandalar 10 komanda və 20 pilot sabahkı əsas yarışda start xətdən neçənci sırada başlamağı müəyyənləşdirəcək
Lakin yarışın ilk dövrəsində "Aston Martin" komandasının Belçika-Kanada əsilli pilotu Lans Stroll 15-ci döngədə bolidin sağ kənarını maneəyə çırpıb.
Nəticədə qırmızı bayraq qaldırılaraq trasa çıxmış bütün bolidlərə pit xəttə qayıtmaq tapşırılıb. Hazırda təhlükəsizlik maşını tras üzərində hərəkət edir.
Səbuhi Musayev