Franko Barezi ağciyər düyününü çıxarmaq üçün əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Milan"ın rəsmi saytı məlumat yayıb.
Komandanın keçmiş müdafiəçisi və hazırda klubun fəxri vitse-prezidenti invaziv cərrahiyyə vasitəsilə uğurlu əməliyyat keçirib. Əməliyyatdan sonra Barezi onkoloqun tövsiyəsinə uyğun olaraq terapiya keçəcək.
"Əziz azarkeşlər, sizə bildirmək istəyirəm ki, səhhətimi bərpa etmək bir qədər vaxt aparacaq. Dəstəyiniz üçün "Milan"a və hamınıza təşəkkür edirəm", - klubun mətbuat xidməti Barezinin sözlərini çatdırıb.