Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Fransa Kubokunun sahibi bəlli oldu
Fransa kubokunun finalında PSJ "Reyms"lə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, görüş "Stad de Frans" stadionunda baş tutub.
Hesabı 16-cı dəqiqədə PSJ-nin futbolçusu Bredli Barkola açıb. Üç dəqiqə sonra Barkola dubl edib. 43-cü dəqiqədə müdafiəçi Əşrəf Hakimi "Reyms"in qapısına üçüncü qolu vurub - 3:0.
Beləliklə də, PSJ 16-cı dəfə Fransa Kubokuna sahib çıxıb.
Qeyd edək ki, komanda həm də Liqa 1-in qalibi olub. Həmçinin Luis Enrikenin yetirmələri Çempionlar Liqasını qazanmağa yaxındırlar. PSJ mayın 31-də finalda "İnter"lə qarşılaşacaq.
"PSJ (Pari Sen-Jermen) FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar