2026-cı il Fransa Superkuboku uğrunda "Lans" və PSJ klubları arasında keçirilən oyunda sevinən tərəf "Lans" olub - 1:0.
Görüşdə yeganə qolu 32-ci dəqiqədə "Lans"ın yarımmüdafiəçisi Floryan Toven vurub. "Lans"ın müdafiəçisi Killian Antonio 39-cu dəqiqədə meydanın mərkəzində kobud sürüşmə fəndinə görə qırmızı vərəqə alaraq meydandan qovulub. PSJ-nin müdafiəçisi Nunu Mendeş isə 86-cı dəqiqədə rəqibə əl ilə zərbə endirdiyinə görə meydandan kənarlaşdırılıb.
Ötən mövsümün yekunlarına əsasən, Luis Enrikenin komandası 34 turda 76 xal toplayaraq Fransa çempionu olub. "Lans" isə 70 xal toplayaraq turnir cədvəlində ikinci yeri tutub.
"Lans" həmçinin Fransa Kubokunun qalibi olub. Komanda finalda "Nitsa"nı 3:1 hesabı ilə məğlub edib.
Bu gün Fransa Superkubokunun final matçı keçiriləcək.
Oxu.Az xəbər verir ki, son Fransa çempionu PSJ ilə ölkə kubokunun qalibi "Lans" üz-üzə gələcək.
Paris təmsilçisi mövsümə daha bir titul qazanaraq başlamaq, "Lans" isə güclü rəqibinə qarşı sürpriz edərək Superkuboku əldə etmək niyyətindədir.
Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşma Fransanın Lans şəhərində yerləşən, 38 223 tamaşaçı tutumuna malik "Stade Bollaert-Delelis" stadionunda keçiriləcək.
16 avqust
Fransa Superkuboku
PSJ - "Lans".
Saat: 22:45.
"Stade Bollaert-Delelis", Lans.