Fransa Peşəkar Futbol Liqası (LFP) Superkubok matçının tarixi və keçiriləcəyi məkanı açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.
Fransa çempionu PSJ ilə ölkə kubokunun qalibi "Olimpik Marsel" arasında keçiriləcək Superkubok oyunu 8 yanvar 2026-cı ildə Küveytin paytaxtı Əl-Küveyt şəhərində yerləşən "Caber əl-Əhməd" stadionunda baş tutacaq.
Matçın başlama vaxtı və hakimlər briqadası barədə əlavə məlumat sonradan açıqlanacaq.