Fransa yığmasının və PSJ-nin yarımmüdafiəçisi Dezire Due ölkə çempionatının X turunda "Loryen"lə matçda (1:1) zədələnib.
Oxu.Az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı oyunçusu zədə səbəbindən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Fransa yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparır. Noyabrın 16-da yığmamız qrupda son oyununu Bakıda fransızlara qarşı keçirəcək. Həmin görüşdən 3 gün əvvəl Azərbaycan yığması Bakıda İslandiya ilə qarşılaşacaq. Fransa komandası 4 oyundan sonra 10 xalla qrupun lideridir, hesabında cəmi 1 xalı olan Azərbaycan seçməsi isə sonuncu sıradadır.